Bu gün Filippində kiçik təyyarə qəzaya uğrayıb.
Qaynarinfo xəbər verir ki, hadisə Kalamba şəhəri yaxınlığında yerləşən Pansol yaşayış məntəqəsində baş verib. Qəza nəticəsində azı 7 nəfər ölüb. Hadisə yerinə xilasedicilər və qəza araşdırma komissiyası cəlb edilib.