Şri Lankada bu il fillər 19 nəfəri öldürüb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Vəhşi Təbiəti Mühafizə Birliyindən verilən məlumata görə, qeyri-qanuni olaraq filləri öldürməyə çalışan 19 nəfər ölüb. Bu müddət ərzində 51 fil isə qeyri-qanuni şəkildə ovlanıb.
Açıqlamada bildirilir ki, fillər bəzən su və qida üçün insanların yaşadığı ərazilərə gedir, səbəb kimi isə yaşayış məntəqələrinin vəhşi təbiətə yaxın yerlərdə salınması göstərilir.
Gülşən