ABŞ-ın Arizona ştatında güclü qum və toz fırtınası Finiks şəhərini nəhəng toz buludu ilə örtüb.
Qaynarinfo xəbər verir ki, şiddətli külək və yağışın müşayiəti ilə yaranan təbii hadisə Finiks Sky Harbor beynəlxalq hava limanında uçuşların gecikməsinə, bəzi binaların dam örtüyünə ziyan dəyməsinə səbəb olub.
"CNN International" xəbər verir ki, adətən düzən və quraq ərazilərdə baş verən belə fırtına bu dəfə Arizona Siti və Finiks şəhərlərini təsiri altına alıb. Marikopa bölgəsində isə 60 mindən çox sakin elektrik enerjisiz qalıb.
Meteorologiya Xidmətinin nümayəndələri sürücülərə xəbərdarlıq edərək, son dərəcə aşağı görmə məsafəsi səbəbindən avtomobil idarə etməmələrini tövsiyə edib.
Aydın
Şərhlər