Dünya 18:35 22.07.2022

Finlandiya gəmi elektrik qurğuları istehsalçısı Rusiyadakı ofisini bağladı

Finlandiyanın dəniz enerji avadanlığı istehsalçısı Wartsila şirkəti Sankt-Peterburqdakı ofisini bağlayıb və Rusiyanı tərk etmək prosesini başa çatdırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin məlumatında deyilir.
 
Wartsila yerli qanunvericiliyə uyğun olaraq işçilərin ixtisarını həyata keçirmək niyyətindədir.

"Bütün düzəlişlər və Wartsila əməliyyatlarının bağlanması yerli qaydalara uyğun olaraq həyata keçirilib. Müxtəlif proseslər boyu Wartsila-nın prioriteti işçilərin təhlükəsizliyini və rifahını təmin etmək olub”, - məlumatda deyilir.

Hələ yazda korporasiya Rusiya biznesinin yerli rəhbərliyə satılması ilə bağlı müqavilələr imzalayıb. Xüsusilə Transas Navigator müstəqil şirkət kimi fəaliyyət göstərəcək və Rusiya müştərilərinə xidmət göstərməyə davam edəcək. Eyni zamanda, Finlandiya korporasiyası bu şirkətə xidmət göstərməyi və ehtiyat hissələri tədarükünü dayandıracaq. Dəniz texnikasına texniki xidmət göstərən "Vartsila Vostok” MMC "V-Vostok” MMC-nin hüquqi şəxs kimi fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, daha əvvəl dondurulmuş meyvə və tərəvəz istehsalçısı Hortex Rusiyadan çıxdığını elan etmişdi.
 
Alpər