Dünya 18:48 31.10.2022

Finlandiya NATO-ya üzv olduqdan sonra Rusiya ilə sərhəddə nüvə silahının yerləşdirilə bilər

Finlandiya NATO-nun Alyansa qoşulması ilə bağlı ərizəsini yekun olaraq ratifikasiya etdikdən sonra Rusiya Federasiyası ilə sərhəddə nüvə silahı yerləşdirməyə icazə verəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Newsweek” məlumat yayıb.

Finlandiyanın xarici işlər və müdafiə nazirləri Pekka Haavisto ilə Antti Kaykkonen iyul ayında NATO-ya söz veriblər ki, ərizə ratifikasiya olunarsa, Alyansın imkanlarını məhdudlaşdırmayacaqlar.

Bu o deməkdir ki, NATO ölkələrinin nüvə silahları Finlandiya ərazisindən keçə və ya onun bazasında yerləşə biləcək.

Hələlik ölkə hakimiyyəti Finlandiyanın Rusiya ilə sərhədlərində nüvə silahının yerləşdirilməsinin mümkünlüyünün rəsmi olaraq təsdiqləməyib. 

İsveç və Finlandiyanın NATO-ya qəbulu artıq Alyansa üzv olan 30 ölkədən 28-i tərəfindən ratifikasiya olunub. Yalnız Türkiyə və Macarıstan qalıb.

Nizami Bağırov