Finlandiya onilliklər ərzində Rusiyanın mümkün hücumuna hazırlaşır. Ona görə də bu baş verərsə, ölkə mübarizə aparmağa hazırdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyi Finlandiya Müdafiə Qüvvələrinin komandanı, general Timo Kivinenin bəyanatına istinadən xəbər
verir.
"Biz sistemli şəkildə hərbi müdafiəmizi xüsusi olaraq orada (Ukraynada - red.) aparılan döyüş əməliyyatları növü üçün, atəş gücü, zirehli texnika və aviasiyadan kütləvi şəkildə istifadə edilməsini nəzərə alaraq inkişaf etdirirdik”, - Kivinen bildirib.
General həmçinin ölkəsinin əhəmiyyətli arsenal qurduğunu, lakin finlərin motivasiyasının həlledici olduğunu vurğulayıb və əlavə edib ki, hətta NATO-ya daxil olduqdan sonra da Finlandiyanın müdafiəsi üçün əsas məsuliyyət Finlandiyanın üzərində olacaq.
Xatırladaq ki, Rusiya tərəfi NATO-ya üzv olmaq istəyi fonunda Finlandiyaya qarşı dəfələrlə sərt bəyanatlar verib. Xüsusilə, Rusiya Federasiyası nüvə silahı ilə təhdid etməyə başlayıb.
Eyni zamanda, bu yaxınlarda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Finlandiya ilə sərhədlərin mühafizəsinin gücləndirilməsinin vacibliyini bəyan edib.
Nizami Bağırov