Dünya 22:12 07.03.2023

Finlandiya uşaq geyimləri brendi Reima Rusiya bazarını tərk etdi

Uşaq geyimlərinin istehsalı üzrə ixtisaslaşan Finlandiyanın Reima şirkəti Rusiyadakı aktivlərini satıb. 

Qaynarinfo xəbər verir ki, müvafiq bəyanat şirkətin saytında dərc olunub.

Rusiyadakı Reima törəmə şirkəti və onun qalan aktivləri yerli investorların ixtiyarına keçirilib. Rusiya hakimiyyət orqanlarından bütün lazımi icazələri aldıqdan sonra əməliyyat 2023-cü ilin fevralında tamamlanıb. RBC-nın məlumatına görə, indi Reima MMC-nin 25% -i Detski Mir mağazalar şəbəkəsinin strukturuna, digər 75% isə Valan Management ASC-yə məxsusdur.

Reima-nın rus işçiləri yeni sahibin rəhbərliyinə işləməyə başlayıblar.

Şirkət Rusiyadakı fəaliyyətini 2022-ci ilin martında dayandırıb. Eyni ayda yeddi Reima mağazası bağlanıb və françayzinq məntəqələri daha bir neçə ay mal satmağa davam edib.

Alpər