Finlandiya və İsveç NATO-nun sammitini gözləmədən artıq may ayında Alyansa üzvlük haqqında müraciət edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Finlandiyanın "İltahlehti” nəşri
məlumat yayıb.
Az əvvəl məlum olmuşdu ki, Finlandiya parlamentində təmsil olunan deputatların yarısı ölkənin NATO-ya üzv olmasını dəstəkləyir. Bununla belə, qeyd edilir ki, Finlandiya müstəqil şəkildə Alyansa üzv olmaq barədə müraciət etməyə məcbur deyil.
İsveç rəhbərliyi Finlandiyaya NATO-ya üzv olmaq üçün eyni gündə müraciət etməyi təklif edib: "İsveç parlamenti NATO-ya üzv olmaq barədə qərarı dəstəkləyərsə, bu, Finlandiyanın maraqlarına uyğun olacaq”.
Ötən həftə İsveçin Xarici İşlər naziri Ann Linde bəyan etmişdi ki, ölkəsi siyasətçilərin təhlüksəzilik məsələsinin NATO ilə həll edilməsinə dair dəyərləndirməsini hazırlayır.
Parlament partiyalarının yaratdığı birgə analitik qrupun qiymətləndirməsi mayın 13-də açıqlanacaq.
"İltalehti”nin məlumatına görə, Finlandiya və İsveç mayın 16-da NATO-ya müraciət etməlidir.
İsveç NATO-ya üzvlük mərhələsində Böyük Britaniya və ABŞ-dan müəyyən vədlər alıb. Bu barədə İsveç nəşri "Alfonbladet”
məlumat yayıb.
Nəşr yazır ki, söhbət hərbi mövcudiyyətin gücləndirilməsindən, dərin hərbi təlimlərdən və NATO ölkələrinin siyasi dəstəyindən gedir.
Mənbələrdən biri bildirib ki, İsveçin NATO-ya üzvlük mərhələsində müdafiə olunmayacağı barədə bəyanatlar Rusiyanın əlinə oynayır.
Seyid