Xəbər lenti

Finlandiya XİN rəhbəri: “Rusiya sərhədini demək olar müdafiəsiz qoyub”
Dünya08:14 14.08.2023

Finlandiya XİN rəhbəri: “Rusiya sərhədini demək olar müdafiəsiz qoyub”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib ki, Finlandiya Rusiya hakimiyyətinin sərhəd boyu qoşunların sayını artırmaqla hədələməsindən narahat deyil. Onun sözlərinə görə, Rusiya Ukraynada hərbi əməliyyatlar başlayandan sonra sərhədi, demək olar ki, müdafiəsiz saxlayıb.
Qaynarinfo xəbər verir ki, finlandiyalı nazir bu barədə "Financial Times"a müsahibəsində bildirib. 
Nazir Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun Finlandiyanın NATO-ya daxil olmasından sonra hərbçilərin sayını artırmaq vədini gözlənilən adlandırıb. "Bizim bununla bağlı heç bir narahatlığımız yoxdur. Bu, olduqca gözləniləndir. Deməliyəm ki, sərhədimiz kifayət qədər boş olaraq qalır”, – Valtonen  bildirib. 
O, iddia edir ki, son 18 ay ərzində Rusiya qoşunlarını Ukraynada yerləşdirmək üçün Finlandiya sərhədindən çıxarıb. "Əgər biz təhdid olsaydıq, onlar başqa yerdə məşğul olduqları bir vəziyyətdə belə, əlbəttə ki, qoşunlarını geri çəkməzdilər... NATO müdafiə ittifaqıdır, heç kimi təhdid etmir. NATO gücü ilə deyil, demokratik ölkələrdəki azad insanların ona qoşulmağa qərar verməsi ilə genişlənir”, - deyə Elina Valtonen bildirib.
Qeyd edək ki, Finlandiya aprel ayında NATO-ya üzv olub. Şoyqu bunu sabitliyi pozan amil adlandırıb. Nazirin sözlərinə görə, alyans Rusiya və Belarus sərhədləri yaxınlığında qruplaşmanı gücləndirir. Bu, guya Rusiyanın hərbi təhlükəsizliyini təhdid edir və "vaxtında və adekvat cavab” tələb edir. Keçən həftə Sergey Şoyqu Rusiyanın qərb sərhədlərindəki qoşun qruplarını gücləndirəcəyini açıqlayıb.
Nizami Bağırov