Dünya 17:50 28.05.2023

Finlandiyada işləmək istəyənlərin nəzərinə: İmmiqrantlar üçün limit artırılır

Finlandiyada hökumət koalisiyası Avropa İttifaqı üzvü olmayan immiqrantlar üçün minimum əmək haqqı həddini yüksəltməyi planlaşdırır. İndi yaşayış icazəsi almaq üçün aylıq qazanc ən azı 1600 avro olmalıdır.

Qaynarinfo "Yle" nəşrinə istinadən xəbər verir ki, hazırda Avropa İttifaqından kənardan Finlandiyaya gələn işçilərdən ayda ən azı 1300 avro maaş tələb olunur.

Hökumətin formalaşdırılması ilə bağlı aparılan danışıqlarda razılaşdırılmış immiqrasiya siyasətinin gücləndirilməsi Konstitusiyaya əlavə və dəyişikliklər tələb etmir və beynəlxalq müqavilələrə zidd deyil.

Qeyd olunur ki, "Əsl Finlər” partiyası bu limitin 2500 avroya qaldırılmasını tələb edib. Lakin onların təklifi rədd edilib, çünki ekspertlərin fikrincə, ölkədə gələcəkdə aşağı maaşlı sahələrdə daha da böyük işçi çatışmazlığı yaşanacaq.

Qeyd edəl ki, Finlandiyada mayın 2-də seçkilərdə qalib gələn koalisiya partiyasının lideri Petteri Orponun başçılığı ilə hökumətin qurulması üçün bağlı danışıqlar başlayıb. Danışıqlarda immiqrasiya və iqtisadiyyat ən çətin mövzular hesab olunur.

Aydın