Xəbər lenti

Firon Tutanxamonun "kosmik xəncər"inin sirri açıldı
Dünya18:02 26.02.2022

Firon Tutanxamonun "kosmik xəncər"inin sirri açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Arxeoloqlar Firon Tutanxamonun məqbərəsindəki xəncərin Qədim Misirdən kənarda meteorit dəmirindən düzəldildiyini aşkar ediblər. 
Qaynarinfo bu barədə "The Sun”a istinadən xəbər verir.
Kəşf 1922-ci ildə Tutanxamonun məzarında aşkar edilən xəncərin əvvəlcə başqa bir qədim dövlətdən Tutanxamonun babasına hədiyyə olaraq göndərilməsi versiyasını təsdiqləyib. Artefakt eramızdan əvvəl 14-cü əsrə aiddir, Tutanxamon mumiyasının bud hissəsində tapılıb. Keçmiş tədqiqatlar bıçağın o dövrdə qədim misirlilərin necə işləməyi bilmədiyi meteorik dəmirdən hazırlandığını müəyyən edib.
Yaponiyanın Çiba Texnologiya İnstitutundan bir qrup alim tərəfindən aparılan təhlil, obyektin 950 dərəcə Selsidən aşağı temperaturda əridildiyini və çox güman ki, Misirdən kənarda hazırlandığını göstərib.
X-ray tədqiqatı həmçinin qızıl xəncərin qulpunun misirlilər tərəfindən çox sonra istifadə edilən əhəng gipsindən hazırlandığını üzə çıxarıb. Alimlərin fikrincə, gənc firon xəncəri nəsildən-nəslə keçdiyi üçün babasından miras alıb.
Misir sülaləsinin 18-ci fironu Tutanxamon eramızdan əvvəl 1332-ci ildən 1323-cü ilə qədər Misiri idarə edib.
Alpər