Xəbər lenti

Fırtına İspaniyada ən qədim Neandertal ayaq izlərini üzə çıxardı
Dünya06:19 29.03.2021

Fırtına İspaniyada ən qədim Neandertal ayaq izlərini üzə çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fırtınalı hava və İspaniyanın bir çimərliyində yaranan yüksək dalğalar Neandertalların ən qədim ayaq izlərini üzə çıxarıb. 
Qaynarinfo xəbər verir ki, paleontoloqlar bu ayaq izlərinin keçmiş Pleystosen dövründən qaldığını hesab edirlər. 
Keçən iyun ayında cənubda çimərlikdə gəzən iki bioloq Homo sapiensin əcdadları və heyvanların su içməyə, ov ovlamağa, dəniz məhsulları yığmağa və ya sadəcə suda sərinləmək üçün gəldikləri qədim bir suvarma çuxuru tapıblar. Bəzi izlərin "sanki rəqs edən kimi qeyri-bərabər atılaraq" bir uşaq tərəfindən buraxıldığına inanılır.
Tapıntı Huelva ilə Kadis arasında olan Matalaskanas çimərliyində üzə çıxıb. Tapıntı təxminən 100.000 il əvvələ aiddir və bu, indiyədək tapılmış ən qədim Neandertal izidir.
Yalnız bir uşağın deyil, yetkin nümayəndələrin də izi tapılıb. 87 izdən 37-si uzunluğu 13 ilə 28 sm arasında dəyişən bir Neandertalın ayağının ölçüsünü təmsil edəcək qədər tam olub. Bu, komandaya Neandertalların boyununsa 103 ilə 183 sm, əksəriyyətinin isə 120-152 sm olduğunu hesablamağa imkan verib.
Ayaq izlərinin yerini öyrənərək elm adamları bir qrup Neandertalın davranışını daha yaxşı başa düşmək imkanı əldə edib. Qrupun demək olar ki, dörddə biri uşaqlar olub, onların əksəriyyətinin ayaq izləri suyun kənarında tapılıb. Tarixə qədərki insanların ailə qruplarında yaşadıqları aydın olub. Uşaqlarınsa özünəməxsus rəqslərinin ola bilməsi ehtimal edilir. Araşdırma işinin nəticələri "Scientific Reports” (Elmi Məruzələr) jurnalında dərc edilib.
Alpər