Xəbər lenti

"Forbes": ABŞ ən güclü zirehli avtomobilini gizli şəkildə Ukraynaya verdi
Dünya08:29 04.11.2023

"Forbes": ABŞ ən güclü zirehli avtomobilini gizli şəkildə Ukraynaya verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pentaqon rəsmi açıqlama vermədən Ukraynaya ən azı bir və ya bir neçə ən güclü Assault Breacher zirehli minatəmizləmə maşını verib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes"in köşə yazarı Devid Ax məlumat yayıb.
Nəşr bildirir ki, "Abrams” tankının bazasında yaradılmış və çəkisi 55 ton olan texnika Rusiya müdafiəsini yarıb keçmək üçün Ukrayna Silahlı Qüvvələrinə verilib. Jurnalist sözlərini dəstəkləmək üçün Ukrayna prezidenti Vladimir Zelenskinin saytından Ukraynanın Raket Qüvvələri və Artilleriya Gününə həsr olunmuş fotolarına istinad edib.
Qeyd olunur ki, altı buldozer əvəzinə bir Assault Breacher zirehli maşını tapşırıqları yerinə yetirə bilir.
Bu arada Moskva Kiyevə silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərib. 
Alpər