Xəbər lenti

Forbes: “Amazon”un direktorunun sərvəti 200 milyard dollara çatdı
Dünya09:08 26.08.2020

Forbes: “Amazon”un direktorunun sərvəti 200 milyard dollara çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın ən varlı adamı, Amerika korporasiyası "Amazon” şirkətinin direktoru Ceff Bezosun sərvəti 199,7 milyard dollara çatıb. 
Qaynarinfo xəbər verir ki, bu haqda Forbes-in məlumatında deyilir. Məlumata görə, bu onun rekord göstəricisidir. 
Eyni zamanda, avqustun 25-də, şirkətinin səhmlərinin alqı-satqısı sayəsində sərvət hətta 200 milyardı keçib, lakin sonra bir qədər azalıb.
Bezos müvəffəqiyyətini koronavirus pandemiyasına borcludur. Yoluxma ilə mübarizə zamanı "Amazon”un səhmləri 55% bahalaşıb.
Alpər