Xəbər lenti

"Forbes": "Türkiyə Rusiyaya ikili təyinatlı malların tədarükünü azaltmağa başlayıb"
Dünya11:00 19.01.2024

"Forbes": "Türkiyə Rusiyaya ikili təyinatlı malların tədarükünü azaltmağa başlayıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2023-cü ilin oktyabr və noyabr aylarında Türkiyə Rusiyaya hərbi ehtiyaclar üçün istifadə oluna bilən ikili təyinatlı malların tədarükünü azaltmağa başlayıb. 
Qaynarinfo xəbər verir ki, "Forbes” Türkiyə Statistika İnstitutunun məlumatlarını öyrəndikdən sonra bu qənaətə gəlib.
Nəşr qeyd edir ki, ötən ilin sonunda tədarükün azalması ABŞ-ın ticarət və maliyyə əməliyyatlarında sanksiyalara əməl olunmasını tələb edən mövqeyi fonunda baş verib.
"Forbes”in siyahısına ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Yaponiya tərəfindən tərtib edilən ixrac nəzarəti siyahısından 45 məhsul kateqoriyası daxildir. Siyahıda hərbi sənaye üçün vacib ola biləcək "Rusiyaya qeyri-qanuni yönləndirmə” riski yüksək olan mallar müəyyən edilib. Onların arasında elektronika, çiplər, yarımkeçiricilər, çap plataları, rabitə və naviqasiya avadanlıqları, optik nişangahlar var.
Nəşrin təhlilinə görə, 2023-cü ilin noyabrında ikili istifadə üçün nəzərdə tutulan məhsulların dəyəri 8,4 milyon dollara düşüb ki, bu da 2022-ci ilin avqustundan bəri ən aşağı səviyyədir. Nəşr qeyd edir ki, 2021-2022-ci illərdə bu qrup malların Rusiyaya ixracında azalma qeydə alınmadığından azalma mövsümiliklə izah oluna bilməz.
 "Forbes” yazır ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri ilk ildə Türkiyədən Rusiyaya ikili təyinatlı malların ixracı üç dəfə artaraq 70,9 milyon dollara çatdırıb. 2023-cü ilin yanvar-noyabr aylarında ümumi ixrac 129 milyon dolları ötüb ki, bu da 2022-ci illə müqayisədə iki dəfə, 2021-ci ildəkindən isə demək olar ki, altı dəfə çoxdur.
Nizami Bağırov