Xəbər lenti

“Forbes”dən “erməni soyqırımı” təxribatına dəstək
Dünya08:12 22.05.2014

“Forbes”dən “erməni soyqırımı” təxribatına dəstək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın tanınmış “Forbes” jurnalı dünyanın 9 memorial muzeyinin daxil olduğu tövsiyyə xarakterli siyahı hazırlayıb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, siyahıda İrəvandakı “erməni soyqırımı” muzey-institutu da yer alıb.

“Forbes” mütləq baş çəkməyi məsləhət gördüyü muzeylər arasında Holokost muzeyi (Qüds), Sularda faciələr muzeyi (Krım), Çernobıl muzeyi (Kiyev), QULAQ muzeyi (Moskva), Sülh memorial muzeyi (Xirosima), “Titanik Belfast” muzeyi (Şimali İrlandiya), Aparteid muzeyi (Yonannesburq) və 11 sentyabr memorial muzeyi (Nyu-York) var.

Qaynar.info