Xəbər lenti

Fotodakı 50 yaşlı qadını tapın
Dünya13:43 19.10.2017

Fotodakı 50 yaşlı qadını tapın

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cakartada yaşayan 50 yaşlı Puspa Devi gənc görünüşü ilə görənləri təəccübləndirir.

"Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, şəxsi "Youtube" kanalını idarə edən Puspa Devi yaşlanmağın qarşısını alan məhsulları reklam edərək gözəllik sirlərini izləyiciləri ilə bölüşür. Lakin onu məşhurlaşdıran "Youtube" kanalı deyil.

Belə ki, İndoneziya televiziyalarının tanınmış siması oğlu ilə çəkdirdiyi fotodan sonra bir anda ölkəsində fenomenə çevrilib. Bəziləri hətta oğlunu onun sevgilisi zənn ediblər. Bu fotodan sonra Puspanın instagram izləyicilərinin sayı 250 minə çatıb. Onun sosial şəbəkə hesabında paylaşdıqları fotolardan bəzilərini sizlərə təqdim edirik:

Qaynarinfo.Az