Xəbər lenti

Fotoqraf Rusiya Arktikasından çəkdiyi şəkli paylaşdı: Cəhənnəm... (FOTO)
Dünya09:00 10.12.2020

Fotoqraf Rusiya Arktikasından çəkdiyi şəkli paylaşdı: Cəhənnəm... (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fotoqraf və klipmeyker Aleksandr Kuznetsov Arktikaya ekspedisiyadan sonra İntaqram profilində bir şəkil yerləşdirib. 
Qaynarinfo xəbər verir ki, görüntüdən dəhşətə gələn şəbəkə istifadəçiləri gördükləri mənzərəyə "cəhənnəm" adı veriblər.
Müəllif şəklin altına bunları yazıb: 
"İlk dəfə 2020-ci ildə Arktikaya girəndə bununla qarşılaşacağımı düşünmürdüm. Arktikanı təmizləmək üçün bir neçə ildir ardıcıl olaraq müxtəlif mənbələrdən məlumat almışam. SSRİ-nin dağılmasından sonra bir çox qütb stansiyaları tərk edildi, avadanlıq, dizel yanacağı çəlləkləri, dizel generator stansiyaları, hər cür quruluş, plastik tullantılar və daha çox şeyi atıb getdilər. 
Əməliyyat məntəqələrindən birini ziyarət etdim, köhnə, paslanmış əşyalarla dolu sahələrin fonunda müasir, təzə çəlləklər gördüm. Qütb stansiyasının rəhbərindən "Bu yeni çəlləklər təyinatı üzrə istifadə edildikdə nə olacaq? Bəlkə indi bir qayda-qanun var: nə qədər gətirilib-aparıldı, təkrar emal, müqavilələr və s." Cavabında: "Gənc oğlan, işimi itirməyimi istəyirsən? Televiziyaya inanma, sənə deyə biləcəyim budur". 
Hələ bu gördüyünüz nədir ki! Məndə Arktikanın qərbindən şərqinə doğru yayılmış bnu dəhşəti göstərən bir xeyli fotoşəkillər var".