Almaniyanın Frankfurt şəhərində 16 500 nəfərin evakuasiyası barədə qərar qəbul edilib.
Qaynarinfo xəbər verir ki, Frankfurt Zooparkı, Avropa Mərkəzi Bankının ətrafında yaşayan insanlardan evlərini tərk etmək tələb olunub. Buna səbəb ərazidə II Dünya Müharibəsi dövrünə aid 500 kq-lıq ABŞ bombasının tapılması və bombanın bölgədən çıxarılma zərurətidir.
Qeyd edək ki, II Dünya Müharibəsi dövründə Almaniyaya 2 milyondan çox bomba atılıb. Onlardan 10-20%-nin partlamadığı təxmin edilir.
Gülşən