Dünya 13:56 15.05.2023

Fransa bir neçə Ukrayna taborunu zirehli texnika və yüngül tanklarla təchiz edəcək

Fransa yaxın həftələrdə bir neçə Ukrayna taborunu onlarla zirehli texnika və yüngül tanklarla, o cümlədən AMX-10RC ilə hazırlayıb təchiz edəcək.

Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bu barədə Volodimir Zelenski ilə Emmanuel Makron arasında keçirilən görüşün yekunlarına dair Ukrayna və Fransanın birgə bəyannaməsində deyilir https://www.eurointegration.com.ua/rus/news/2023/05/15/7161671/ . 

Bəyannaməyə əsasən, Fransanın müharibə başlayandan bəri verdiyi hərbi dəstək Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün daima ən təcili və təxirəsalınmaz ehtiyaclarını nəzərə alaraq yeni hərbi paketlər hazırlandıqca davam edəcək.

Fransa bütün sahələrdə tam gücü təmin etməyi hədəfləyir. Yaxın həftələrdə Fransa bir neçə taboru onlarla zirehli texnika və yüngül tanklarla, o cümlədən AMX-10RC ilə hazırlayıb və təchiz edəcək.

Bundan əlavə, Fransa öz səylərini Ukraynanın hava hücumundan müdafiə imkanlarının saxlanmasına, əhalisini Rusiyanın zərbələrindən qorumaq üçün cəmləşdirir.
Sənəddə deyilir ki, Fransa Avropa İttifaqı və NATO-nun Ukraynaya hərbi yardım və Ukrayna hərbçilərinin təlimi ilə bağlı fəaliyyətində də fəal iştirak edir.

Nizami Bağırov