Xəbər lenti

Fransa birdəfəlik elektron siqaretlərə qadağa qoyur
Dünya10:38 03.09.2023

Fransa birdəfəlik elektron siqaretlərə qadağa qoyur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa hökuməti birdəfəlik elektron siqaretləri qadağan etməyi planlaşdırır. 
Qaynarinfo "Born RTL" telekanalına istinadən xəbər verir ki, bunu Fransanın baş naziri Elizabet Born deyib.
Onun sözlərinə görə, birdəfəlik elektron siqaretlərdə nikotin olmasa belə, gənclərdə siqaret çəkmək vərdişini formalaşdırır:
"Biz tütün asılılığı ilə mübarizə üçün yeni bir plan təqdim etməyi planlaşdırırıq, bu, birdəfəlik elektron siqaretlərə qadağa tətbiq edəcək".
Birdəfəlik elektron siqaretlər istehsal zamanı tərkibində 0-20 mq/ml nikotin olan maye ilə doldurulur. Bu həcm bir neçə yüz puf üçün kifayətdir.
May ayında Fransanın keçmiş səhiyyə naziri Fransua Bron birdəfəlik elektron siqaretlərin qadağan edilməsindən danışıb. Bron qeyd edib ki, onlar ətraf mühitə zərər verirlər, çünki batareyasındakı litium təkrar emal edilə bilməz.
Aydın