Xəbər lenti

Fransa BMC-nin Netanyahu və HƏMAS liderlərinin həbsi ilə bağlı qərarını dəstəklədi
Dünya 11:51 21.05.2024

Fransa BMC-nin Netanyahu və HƏMAS liderlərinin həbsi ilə bağlı qərarını dəstəklədi

Fransa Xarici İşlər Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsinin (BMC) prokuroru Kərim Xanın HƏMAS-ın üç lideri, həmçinin İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsi barədə qərarını şərh edərək bildirib ki, Paris BMC-nin istənilən vəziyyətdə cəzasızlıqla mübarizə aparmaq istəyini dəstəkləyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib. 

"İsrailə gəlincə, məhkəmənin ilkin istintaq palatası prokurorun ittihamlarını dəstəkləmək üçün təqdim etdiyi sübutları araşdırdıqdan sonra, tamamlayıcılıq prinsipini və İsrail məhkəmələrinin mümkün hərəkətlərini nəzərə alaraq, bu orderlərin verilib-verilməməsinə qərar verməlidir”, deyə Fransa nazirliyinin saytındakı bəyanatda qeyd edilir.

Xarici İşlər Nazirliyi xatırladıb ki, Fransa 2023-cü ilin oktyabrında HƏMAS hücumunu rəsmi şəkildə pisləyib. Nazirlik radikalların hücumunu HƏMAS-ın özünün sənədləşdirdiyi və dünyaya yayımladığı "antisemit qırğını” adlandırıb. "Fransa nəinki münaqişə zonasına sülh gətirəcək, həm də israillilərin və fələstinlilərin iztirablarına son qoyacaq həll yolunun tapılmasının tərəfdarıdır", deyə nazirlik yekunlaşdırıb.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden BCM prokurorunun bəyanatını pisləyib. O, bunu ağlasığmaz adlandırıb və əlavə edib ki, İsrailin Qəzza zolağındakı hərəkətlərini soyqırım hesab etmir. Britaniya Xarici İşlər Nazirliyi BCM prokurorunun qərarının bu münaqişənin həllinə kömək etməyəcəyini bildirib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->