Xəbər lenti

Fransa daxili işlər naziri Le Penin növbəti seçkilərdə qalib gəlməsi riski barədə xəbərdarlıq etdi
Dünya12:21 25.08.2023

Fransa daxili işlər naziri Le Penin növbəti seçkilərdə qalib gəlməsi riski barədə xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransanın daxili işlər naziri Jerald Darmanin 2027-ci ildə keçiriləcək növbəti prezident seçkilərində ifrat sağçı Marin Le Penin qalib gəlməsi riski ilə bağlı xəbərdarlıq edib.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, o, bunu "La Voix du Nord” və RTL radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, beş ildən sonra Le Penin prezident seçkilərində qələbəsi "çox böyük ehtimaldır”.
Agentlik qeyd edir ki, Darmanini 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində də potensial namizəd adlandırırlar.
"İşçi sinfinin və orta təbəqənin əhəmiyyətli bir hissəsinin Marin Le Pen tərəfə keçməsinə icazə versək, idarəçilər sinfi ikinci turda bizi dəstəkləməyəcək", - deyən Fransa daxili işlər naziri hələ ki, 2027 seçkilərində namizəd olub-olmayacağını açıqlamayıb.
Nazir əlavə edib ki, "miqrasiya məsələsi deyil, cəmiyyətin bu aspekti həlledicidir” və "2027-ci ildə Marin Le Peni qələbəyə apara bilər”.
Qeyd edək ki, Fransanın hazırkı prezidenti Emmanuel Makron iki müddətdən sonra 2027-ci il seçkilərində iştirak edə bilməyəcək. Potensial sağ mərkəzçi və mühafizəkar namizədlər, o cümlədən Darmanin və maliyyə naziri Brüno Le Mer artıq növbəti seçkilər üçün potensial namizəd kimi mövqelərini ortaya qoyurlar.
Nizami Bağırov