Xəbər lenti

Fransa əfsanəsi:
İdman 19:52 09.07.2024

Fransa əfsanəsi: "Mbappe kapitan olmağa layiq deyil"

Fransa millisinin sabiq yarımmüdafiəçisi Emmanuel Petit bildirib ki, Kilian Mbappe yığmada kapitan sarğısını taxmağa layiq deyil.

Qaynarinfo bu barədə Almaniyanın NTV kanaləna istinadən xəbər verir.

"Kilian Mbappe hələ kapitan olmağa layiq deyil. O, kifayət qədər məsuliyyət daşımır. Ən yaxşı fiziki formada deyil, çünki qırıq burnu ağrıyır”, deyə Petit bildirib.

Fransa millisi Almaniyada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib. Fransa yarımfinalda İspaniya ilə qarşılaşacaq. Görqş bu gün saat 23.00-da başlayacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->