
Misir elminin atası kimi tanınan fransız arxeoloq Jan Fransua Şampolyonun Parisdəki bir fironun başını ayaqladığını təsvir edən heykəli Misir hökumətinin narazılığına səbəb olub.
Qaynar.info-nun məlumatına görə, Misirin əntiq əsərlər naziri Məhəmməd İbrahim verdiyi yazılı açıqlamasında, "Fransa Mədəniyyət Nazirliyinə Xarici İşlər Nazirliyi vasitəsilə iki ölkə arasındakı mədəniyyətə qarşı edilən hörmətsizliyə etirazımızı bildirəcəyik" deyib.
"Şampolyonun heykəlində fironlardan birinin başının ayaqlanması utancvericidir. Misir ziyalıları, arxeoloq və sənətçilər bundan narahat olublar. Buna etiraz edəcəyik" deyib.
Qeyd edək ki, Şampolyonun heykəli fransız heykəltəraş Frederik Avqust Bartold tərəfindən 1875-ci ildə işlənib.
Qaynar.info