
Fransız məşqçi Loran Blan "Pari Sen-Jermen" (PSJ) klubunun baş məşqçi postunu tərk edib.
Qaynarinfo.az xəbər verir ki, tərəflər arasında 2018-ci ilədək qüvvədə olan müqavilə pozulub.
PSJ müqaviləni pozduğu üçün Blana 22 milyon avro təzminat ödəyəcək. Bu posta isə "Sevilya"ya Avropa Liqası kubokunu qazandıran ispan məşqçi Unai Emeri əsas namizəd kimi görülür.
Qeyd edək ki, ötən mövsüm Paris klubu Fransa çempionu olmaqla yanaşı, Liqa Kubokunu və ölkə kubokunu qazanıb. Komanda Çempionlar Liqasında 1/4 finaladək irəliləyib. Onları bu mərhələdə "Mançester Siti" saxlayıb (2:2, 0:1).
Qaynarinfo.az