Xəbər lenti

Fransa mediası “Allahu Əkbər” qışqırıb qətl törədən gəncin kimliyini üzə çıxardı
Dünya13:18 13.10.2023

Fransa mediası “Allahu Əkbər” qışqırıb qətl törədən gəncin kimliyini üzə çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa məktəbində müəllimin qətlində şübhəli bilinən şəxsin kimliyi ilə bağlı təfərrüatlar məlum olub.
Qaynarinfo xəbər verir ki, BFMTV və Le Figaro-nun verdiyi məlumata görə, cinayəti törədən 20 yaşlı Gambetta-Carnot liseyinin keçmiş şagirdidir. Gənc oğlan 2003-cü ildə Rusiyada anadan olub və çeçen əsillidir.
Nəşrin məlumatına görə, Fransa prezidenti Emmanuel Makron yaxın vaxtlarda hadisə yerinə gələcək.
Fövqəladə vəziyyətdən sonra milli təhsil naziri Qabriel Attal məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edib.
Hücum edən şəxs hazırda saxlanılıb. Fransanın şimalındakı Arras şəhərində məktəbə hücum olub. Bıçaqla silahlanmış hücumçu fransız müəllimini öldürüb, bir neçə nəfəri yaralamağa müvəffəq olub. Fransa mətbuatının məlumatına görə, hücum zamanı həmin şəxs "Allahu Əkbər” qışqırıb.
Alpər