Xəbər lenti

Fransa Milli Assambleyası Ukraynada baş vermiş Qolodomoru soyqırım kimi tanıdı
Dünya07:46 29.03.2023

Fransa Milli Assambleyası Ukraynada baş vermiş Qolodomoru soyqırım kimi tanıdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) deputatları səs çoxluğu ilə 1932-1933-cü illərdə Ukraynada baş vermiş Qolodomorun Ukrayna xalqının soyqırımı kimi tanınması barədə qətnaməni səsvermənin nəticələrinə əsasən qəbul ediblər.
Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir.
Qolodomor qətnaməsi üzrə səsvermə çərşənbə axşamı axşam keçirilib. Orada 170 deputat iştirak edib, qətnaməni onlardan 168-i dəstəkləyib, yalnız ikisi əleyhinə səs verib.
Xatırladaq ki, ötən ilin dekabrında Almaniya Bundestaqı 1930-cu illərin əvvəllərində baş vermiş Qolodomoru ukraynalıların qəsdən təşkil olunmuş soyqırımı kimi tanıyan qətnamə qəbul edib.
Rusiya hakimiyyəti bu mövqeyi "sağlam düşüncəyə zidd olan tarixi yanaşma” adlandırıb.
Alpər