Xəbər lenti

Fransa "Mirage 2000" qırıcılarını Ukraynaya verə bilər
Dünya15:43 20.09.2023

Fransa "Mirage 2000" qırıcılarını Ukraynaya verə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa "Mirage 2000" qırıcılarının Ukrayna Silahlı Qüvvələrinə (USQ) verilməsi imkanını müzakirə edir.
Bu barədə Qaynarinfo "Intelligence Online"a istinadən xəbər verir.
Daha əvvəl bu hərbi təyyarələri idarə etmək üçün ukraynalı pilotlar təlim keçiblər. 
Nəşrin mənbələri qeyd edir ki, Ukrayna ordusunun nümayəndələri sazişin detallarını razılaşdırmaq üçün ötən həftə Fransaya işgüzar səfər ediblər. Qırıcılar Kiyevə təhvil verilərsə, Ukrayna Silahlı Qüvvələri onlardan "yerdəki hədəflərə hava zərbələri endirmək” üçün istifadə etmək niyyətindədir. Hazırda Ukraynaya bir sıra işlənmiş Mirage 2000 təyyarələrinin tədarükü müzakirə edilir.
Xatırladaq ki, sentyabrın əvvəlində Ukrayna prezidenti Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makronla telefon danışığında Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə "Mirage 2000” təyyarəsini idarə etmək üçün təlim keçmək barədə "vacib razılıq” əldə etdiyini bildirib. 
Ukraynalı pilotlar mart ayından Fransada təlim keçirlər. Bu, Ukrayna prezidentinin fevral ayında Avropaya səfərindən sonra başlayıb. Ancaq iki həftə əvvəl pilot hazırlığı intensivləşib. Fransız mediası daha sonra bunun daha müasir "Rafale" qırıcılarına keçən fransız pilotlarına artıq lazım olmayan "Mirage 2000" USQ-yə verilməsi bir addım olduğunu ehtimal ediblər. 
Nizami Bağırov