
Fransanın Nissa şəhərində çimərlikdə polis müsəlman qadınları çimərlik geyimlərini soyunmağa məcbur edib.
Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, dörd polis əməkdaşı həmin qadınları həmçinin 38 evro cərimə ödəməyə məcbur edib.
Kann, Nissa, Vilnev-Lube və başqa şəhərlərdə burkini (müsəlmanların geyindiyi çimərlik geyimi) haqqında qanun qüvvəyə mindikdən sonra fransız KİV-i müntəzəm olaraq bu qanunun pozulması halları barədə məlumat verir."Franse 4" kanalının aparıcı da şahidi olduğu belə bir hadisə barədə məlumat verib ki, polislər müsəlman qadını burkinini soyunmağa vadar ediblər. Qadın polisin onun uşaqlarını qorxutduğunu deyərək, şikayət edib.
Müsəlman qadınlarının çimərlik geyimi ilk olaraq Kannda 12 avqust 2016-cı ildə qadağan edilib. Fransanın baş naziri Manuel Vals qadağanı dəstəkləyib.


