Xəbər lenti

Fransa səfiri Rusiya XİN-ə çağırıldı
Dünya16:10 18.01.2024

Fransa səfiri Rusiya XİN-ə çağırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Xarkovda fransız muzdlularının dislokasiya məntəqəsinin vurulmasından sonra Fransa səfiri Rusiya XİN-ə çağırılıb.
Qeyd edək ki, Rusiya ordusu Xarkovda yerləşən fransız muzdlularından ibarət qruplaşmanın yerləşdiyi müvəqqəti dislokasiya məntəqəsini vurub. Nəticədə çoxlu sayda fransız, o cümlədən digər ölkələrdən olan əcnəbi muzdlular ölüb.