Xəbər lenti

Fransa solçuları Makronla yeni məsləhətləşmələrdən imtina etdi
Dünya 15:55 27.08.2024

Fransa solçuları Makronla yeni məsləhətləşmələrdən imtina etdi

Fransa Sosialist Partiyasının birinci katibi Olivye For və Ekoloqlar partiyasının milli katibi Marin Tondelye prezident Emmanuel Makronla görüşməkdən imtina etdiklərini açıqlayıblar. Bundan əvvəl Fransa prezidenti solçu parlament blokunun təklif etdiyi Lüsi Kasteni baş nazir təyin etməkdən imtina edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Le Figaro” nəşri yazır. 

Bu çərşənbə axşamı Makron tərəfindən ekoloqlar və kommunistlərlə birlikdə baş nazir namizədliyi ilə bağlı məsləhətləşmələrin yeni raunduna dəvət olunan Olivye For onlara qatılmayacağını açıqlayıb.

"Mən demokratiya parodiyasında iştirak etməkdən imtina edirəm" deyən For sosialistləri "sona çatan makronizmin köməkçiləri" etmək istəmədiyini vurğulayıb.

Marine Tondelye də Makronla yeni məsləhətləşmələrdə iştirak etməmək qərarına gəlib.

"O, baş məşqçi kimi fantaziyalarını həyata keçirə bilsin deyə biz artıq onunla görüşmək fikrində deyilik", - o bildirib. 

Öz növbəsində, baş nazir postuna namizədliyi Makron tərəfindən rədd edilən Lüsi Kaste də yeni məsləhətləşmələr aparmaqdan imtina etdiyini açıqlayıb.

"Əgər söhbət birgəyaşayış üsullarını müzakirə etməkdən gedirsə, biz müzakirələrə hazır olacağıq”, - o qeyd edib.

Xatırladaq ki, Makron avqustun 23-də baş nazir təyinatı ilə bağlı siyasi partiyalarla məsləhətləşmələrə başlayıb. O, bütün parlament partiyaları ilə məsləhətləşmələrdən sonra solçu parlament blokunun təklif etdiyi Lüsi Kasteni baş nazir təyin etməkdən imtina edib və avqustun 27-də prezident partiya liderləri ilə yeni məsləhətləşmələrə başlayacağını açıqlayıb. 

Heç bir siyasi blokun Milli Assambleyada mütləq çoxluq (289 səs) üçün kifayət qədər yerləri yoxdur.

Konstitusiyaya görə, Makron gələn yaya qədər parlamenti buraxa bilməz, ona görə də analitiklər onun partiyalar arasında ümumi dil tapmaq şansı daha yüksək olan birini baş nazir təyin edəcəyini ehtimal edirlər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->