
Fransanın mərkəzi hissəsində daşqın nəticəsində 4 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
Bunu ölkənin baş naziri Manuel Vals bildirib.
Bundan əvvəl 3 nəfərin həlak olduğu bildirilirdi.
M.Vals qeyd edib ki, Parisdə Sena çayında suyun səviyyəsi şənbə gününə keçən gecə pik həddə - 6,1 metrə çatıb. Bu, son 34 ildə rekord göstəricidir.
Daşqın qurbanlarının sayının artacağı istisna edilmir. Bir neçə min nəfər evlərindən təxliyə olunub, 10 minlərlə insan işıqsız qalıb.(trend)
Qaynarinfo.az