Xəbər lenti

Fransa "Taliban" hökumətini tanımaqdan imtina etdi
Dünya13:11 12.09.2021

Fransa "Taliban" hökumətini tanımaqdan imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa Xarici İşlər Nazirliyi Əfqanıstanda "Taliban" hökumətini tanımaqdan imtina etdiyini açıqlayıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian "France 5" telekanalının efirində bildirib.
Nazir deyib ki, Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban" hərəkatının nümayəndələri beynəlxalq ictimaiyyətə verdiyi vədləri yerinə yetirmədi, buna görə də Paris onların yaratdığı yeni hökuməti tanımaqdan imtina edir.
Fransanın baş diplomatı xatırladıb ki, hərəkat Parisin humanitar yardımın pulsuz çatdırılmasına icazə verilməsini tələbini rədd edib.