Fransa müdafiə naziri Sebastyan Lekornü bəyan edib ki, Parij Ukraynaya kəşfiyyat məlumatlarını təqdim etməyə hazırdır.
Qaynarinfo xəbər verir ki, bu təklif, Vaşinqtonun Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdığını elan etməsindən sonra
verilib.
"Bizdə elə kəşfiyyat resursları var ki, onları ukraynalılara kömək etmək üçün istifadə edirik", - nazir bildirib.
ABŞ-Ukrayna arasında kəşfiyyat mübadiləsinin dayandırılmasına toxunan Lekornü bildirib ki, bu proses dünəndən etibarən dayandırılıb.
O əlavə edib ki, Britaniya üçün bu vəziyyət daha çətindir, çünki London ABŞ ilə kəşfiyyat əməkdaşlığında əsas ölkələrdən biridir.
Bundan əlavə, Lekornü Fransa nüvə arsenalına da toxunub. O vurğulayıb ki, soyuq müharibə dövründə Vaşinqton və Moskvanın təsirindən kənarda inkişaf etdirilmiş Fransa nüvə ehtiyatı kifayət qədər güclüdür.
Fransa prezidenti Emmanuel Makron isə bir gün əvvəl bəyan edib ki, Fransa öz nüvə qorumasını Avropanın digər tərəfdaşlarına genişləndirmək imkanlarını müzakirə etməyə açıqdır. O, bu fikri Avropa liderlərinin Ukrayna və müdafiə məsələlərinə həsr olunmuş sammitindən əvvəl səsləndirib.
Alpər
Şərhlər