Xəbər lenti

Fransa Ukraynaya uzaqmənzilli raketlər göndərəcək
Dünya10:20 11.07.2023

Fransa Ukraynaya uzaqmənzilli raketlər göndərəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa əks-hücum əməliyyatını dəstəkləmək üçün Ukraynaya uzaqmənzilli raketlər göndərmək qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, prezident Emmanuel Makron NATO-nun Vilnüsdə keçirilən sammiti öncəsi brifinqdə bildirib.
Onun sözlərinə görə, Kiyevin öz ərazisini müdafiə etmək hüququ olduğu üçün Ukrayna Silahlı Qüvvələrini "dərinə zərbə endirmək” qabiliyyəti ilə təmin etmək lazımdır. Makron Ukraynanın nə qədər raket alacağını dəqiqləşdirməyib.
AFP xəbər verir ki, söhbət "Scalp” raketlərindən gedir. Bu, artıq London tərəfindən təhvil verilmiş Britaniyanın "Storm Shadow” raketlərinin fransız versiyasıdır. Onlar 250 km məsafədəki hədəfləri vurmağa qadirdirlər.
Nizami Bağırov