Xəbər lenti

Fransa Ukraynaya “yaşıl işıq” yandırır
Dünya11:31 21.06.2023

Fransa Ukraynaya “yaşıl işıq” yandırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa Moskva ilə Kiyev arasında danışıqları yaxınlaşdırmaq və münaqişənin davam etməməsi üçün Ukraynanın NATO-ya daxil olmasını dəstəkləmək niyyətindədir, bu mövqeyi Paris Alyansdakı digər müttəfiqlərlə konfidensial müzakirələrdə müdafiə edir.
Qaynarinfo xəbər verir ki, bu barıdə "Le Monde" mənbələrə istinadən yazır.
Nəşrə məlum olduğu kimi, Yelisey sarayında bu yaxınlarda keçirilən müdafiə şurasında Ukraynanın NATO-ya üzv olmaq ərizəsi müzakirə olunub. Fransa hakimiyyəti Kiyevin ərizəsinin təsdiqini Ukraynanın təhlükəsizliyinin müstəqil təminatı kimi qiymətləndirir. 
"Le Monde"nin iddiasına görə, onlar həmçinin hesab edirlər ki, bu, Rusiya hakimiyyətini münaqişənin davam etdirilməsi ehtimalına şübhə etməyə sövq edəcək. Parisin fikrincə, bu, Ukraynaya da müsbət təsir göstərəcək, çünki onun prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlara daha çox həvəsli ola bilər.
"Le Monde" qeyd edir ki, qərar "real dəyişikliyin" göstəricisidir. Belə ki, indi Parisin mövqeyi artıq açıq şəkildə Ukraynanın Atlantik inteqrasiyası lehinə çıxış edən Polşa, Baltikyanı ölkələr və Mərkəzi Avropanın fikrinə yaxınlaşıb.
"Fransanın mövqeyi indi Almaniyanın mövqeyindən daha çox Polşanın mövqeyinə yaxındır", deyə Fransaya aid olmayan diplomatik mənbə etiraf edib.
Nizami Bağırov