Dünya 13:43 19.07.2022

Fransa və BƏƏ enerji sahəsində əməkdaşlıq sazişi imzaladı

134Fransa və Birləşmiş Ərəb Əmirlikləri hökumətləri bazar ertəsi enerji sektorunda əməkdaşlıq haqqında strateji saziş imzalayıblar.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Fransa hökuməti məlumat yayıb

Fransa hökumətinin bəyanatında deyilir ki, tərəfdaşlıq Fransa, BƏƏ və ya başqa yerlərdə hidrogen, bərpa olunan enerji və nüvə enerjisi sektorlarında birgə investisiya layihələrini müəyyən etməyi planlayır.

"Hazırda qeyri-müəyyən enerji kontekstində bu saziş əməkdaşlıq üçün sabit uzunmüddətli çərçivəyə zəmin yaradacaq, yeni sənaye müqavilələrinə yol açacaq”, - deyə bəyanatda deyilir. 

Razılaşma BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanın 17-19 iyul tarixləri arasında Parisə səfəri ilə üst-üstə düşür.

Nurlan Hüseynov