Xəbər lenti

Fransa və Polşa Almaniyanı Ukrayna ilə bağlı inandırmağa çalışırlar
Dünya06:22 10.01.2023

Fransa və Polşa Almaniyanı Ukrayna ilə bağlı inandırmağa çalışırlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa və Polşa Almaniyanı müasir "Leopard 2” döyüş tanklarının Ukraynaya verilməsinə inandırmağa çalışır.
Bu barədə Qaynarinfo "Politico”ya istinadən xəbər verir.
Adının açıqlanmasını istəməyən bir fransız rəsmi bildirib ki, Paris yanvarın 22-də keçiriləcək Fransa-Almaniya sammiti öncəsi Berlinə "Leopard” tanklarının Ukraynaya göndərilməsinə icazə almaq üçün təzyiq göstərir.
"Ukraynalılar həqiqətən "Leopard” almaq istəyirlər, çünki Avropanın anbarlarında onlardan çoxdur", - nəşrin mənbəsi bildirib. Tanklar Almaniyanın "Krauss-Maffei Wegmann” şirkəti tərəfindən istehsal olunduğu üçün onların Ukraynaya göndərilməsinə mənşə ölkəsindən, yəni Almaniyadan ixrac icazəsi tələb olunur.
Almaniyaya təzyiq elementlərindən biri prezident Emmanuel Makronun fransız təkərli tanklarının tədarükünü elan etməsi olub.
"Makron və Zelenski arasında razılaşma var və bu, qismən ABŞ və Almaniyanın istəksizliyini (tankların göndərilməsi ilə bağlı) aradan qaldırmaq üçün səhnələşdirilib”, - o əlavə edib. 
Xatırladaq ki, Co Bayden və Olaf Şolts arasında telefon danışığından sonra məlum olub ki, ABŞ Ukraynaya "Bradley” piyada döyüş maşınları, Almaniya isə "Marder” zirehli maşınlarını təhvil vermək niyyətindədir.
Nizami Bağırov