Xəbər lenti

Fransa Xarici İşlər Nazirliyi Rusiya ilə dialoqu davam etdirməyə çağırdı
Dünya07:13 17.06.2023

Fransa Xarici İşlər Nazirliyi Rusiya ilə dialoqu davam etdirməyə çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa Rusiya ilə dialoq kanallarını ən yüksək səviyyədə saxlamağı vacib hesab edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna LCI telekanalına müsahibəsində bildirib.
Kolonnanın sözlərinə görə, Fransa ilə Rusiya arasında əlaqə kanalları qalmaqdadır. "Rusiya prezidenti Vladimir Putin və rusiyalı həmkarım Sergey Lavrovla danışmaq imkanımız var və səfirliklərimiz əlaqə saxlayır, - Kolonna deyib. - Fransa Rusiyanı terrorçu dövlət elan etmək cəhdlərində iştirak etməyib. Dialoqun davam etdirilməsi vacibdir”.
Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyinin rəhbəri dəfələrlə Rusiya ilə təmasların davam etdirilməsinin tərəfdarı olduğunu bildirib. Bundan əlavə, o, Rusiya və Ukraynanı sülh danışıqlarına qaytarmaq üçün dialoq üçün şərait yaratmağa çağırıb.
Alpər