Xəbər lenti

Fransa yetkinlik yaşına çatmayanlara sosial şəbəkələr və telefonları qadağan edir
Dünya 12:50 26.01.2026

Fransa yetkinlik yaşına çatmayanlara sosial şəbəkələr və telefonları qadağan edir

Bazar ertəsi, 26 yanvar tarixində Fransanın Milli Assambleyası 15 yaşından kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsinə sürətləndirilmiş qaydada baxacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Le Monde” nəşri məlumat yayıb.

"İntibah" (Renaissance) partiyasının deputatı Lor Miller tərəfindən təklif olunan qanun layihəsi onlayn platformaların "15 yaşınadək yetkinlik yaşına çatmayanlara hər hansı sosial şəbəkə xidməti" göstərməsini qadağan etməyi nəzərdə tutur.

Bundan əlavə, sənəd orta məktəblərdə mobil telefonların istifadəsini də qadağan edir.

Miller sosial şəbəkələr haqqında qanun üzərində işə hələ 2025-ci ilin noyabrında başlayıb. Deputatın bu təşəbbüsü, məruzəçisi olduğu "TikTok" platformasının yetkinlik yaşına çatmayanlara psixoloji təsiri ilə bağlı parlament araşdırmasının nəticələrindən irəli gəlir.

Qanun layihəsi Avropa İttifaqı qanunvericiliyinə uyğunsuzluq səbəbindən yarana biləcək hüquqi problemlərdən qaçmaq üçün bir sıra düzəlişlərə məruz qalıb.
Fransa Prezidenti Emmanuel Makron bir gün əvvəl parlamenti sosial şəbəkələr haqqında qanun layihəsini mümkün qədər tez qəbul etməyə çağırıb ki, o, yeni tədris ili başlamazdan əvvəl qüvvəyə minsin.

Qeyd edək ki, Böyük Britaniya da 16 yaşınadək uşaqlar üçün sosial şəbəkələrdən istifadəyə qadağa qoyulmasını nəzərdən keçirir. Danimarkanın da gənclərin sosial şəbəkələrə çıxışına ciddi məhdudiyyətlər tətbiq etməyi planlaşdırdığı bildirilirdi.

Alpər

--> -->