Xəbər lenti

Fransada aksiyalar davam edir: 667-dən çox etirazçı saxlanılıb
Dünya07:25 30.06.2023

Fransada aksiyalar davam edir: 667-dən çox etirazçı saxlanılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Parisin Nanter şəhərətrafı qəsəbəsində yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkənin müxtəlif bölgələrində başlayan haqlı etirazlar zamanı 667-dən çox adam saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə BFM telekanalı Fransanın daxili işlər naziri Jerald Darmanenə yaxın mənbəyə istinadən məlumat yayıb.
Jerald Darmanen bu gecə 40,000 polis məmurunun səfərbər olunduğunu elan etmişdi: "Polislər bu gecə ölkənin onlarla şəhərində çoxsaylı talan və toqquşma hallarının qarşısını ala bilməyiblər. Polis ölkə daxilində ən azı 667 həbs həyata keçirib ki, bu da əvvəlki gecədən kəskin şəkildə çoxdur."