Xəbər lenti

Fransada arı hücumu: 24 nəfər yaralandı, 3-ü reanimasiyaya yerləşdirildi
Dünya16:48 07.07.2025

Fransada arı hücumu: 24 nəfər yaralandı, 3-ü reanimasiyaya yerləşdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransada arı sürüsü 20-dən çox insanı dişləyib.
Qaynarinfo bu barədə BFMTV-yə istinadən xəbər verir.
İyulun 6-da Aurillacda yüzlərlə arı qəfildən yoldan keçənlərə hücum edib. Nəticədə 24 nəfər xəsarət alıb, üç nəfərin vəziyyəti ağırdır. Hücum bir neçə dəqiqə davam etdi və yerli sakinlər arasında əsl şoka səbəb oldu. Hazırda zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.
Paris Arıçılıq Məktəbindən usta arıçı Valid Loulidinin dediyinə görə, belə hallar olduqca nadirdir. Adətən arılar özlərini müdafiə edir və səbəbsiz yerə hücum etmirlər.
Mütəxəssis qeyd edir ki, aqressiyaya naməlum qıcıqlandırıcı və ya arı cinsinin dəyişməsi səbəb ola bilərdi. Ənənəvi fransız qara arı məhsuldarlığı artırmaq üçün xaricdən gətirilən cinslərlə qarışdırılıb, bəzən davranışda arzuolunmaz dəyişikliklərə səbəb olur.
Aydın