Xəbər lenti

Fransada daha bir insident: 3 nəfər girov götürülüb
Dünya13:08 16.01.2015

Fransada daha bir insident: 3 nəfər girov götürülüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cinayətkar “Kalaşnikov”la silahlanıb.

Paris yaxınlığında naməlum şəxs 3 nəfəri girov götürüb.

Oxu.Az-ın RTL radiosuna istinadən verdiyi məlumata görə, hadisə Fransa paytaxtının yaxınlığında yerləşən Kolomb şəhərinin poçt binasında baş verib.

Həmin şəxsin “Kalaşnikov” markalı avtomat, tapança və bir neçə qumbara ilə silahlandığı bildirilir.

Polis insidenti terror aktı kimi qiymətləndirmir. Silahlı şəxslə danışıqların aparılacağı gözlənilir. Yerli mətbuatın yazdığına görə, bu adam əvvəllər xırda xuliqanlığa görə məsuliyyətə cəlb olunub. 

Qaynar.info