Dünya 22:17 13.07.2022

Fransada inflyasiya 5,8 faizə çatdı, minimum əmək haqqı qaldırıldı

Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu çərşənbə günü (13 iyul) verdiyi hesabatda iyunda ölkədə illik inflyasiya səviyyəsinin 5,8%-ə yüksəldiyini təsdiqləyib. Buna görə müvafiq olaraq, avqustun əvvəlindən bu ölkədə minimum əmək haqqı 2,01% artacaq.

Qaynarinfo bu barədə Fransa milli statistka mərkzinin saytına istinadən xəbər verir.

İnstitutun statistikası göstərib ki, mart-iyun ayları arasında qiymətlər (tütün məmulatlarının qiyməti istisna olmaqla) ən az gəliri az olan 20 faiz ev təsərrüfatlarında 2,01 faiz artıb.

Bu, Fransada bir ildən az müddətdə minimum əmək haqqının dördüncü artımıdır; sonuncu dəfə mayın 1-də hökumət minimum əmək haqqını 2,65% artırdığını elan etmişdi.

Beləliklə, tam ştatlı işçi qüvvəsinin minimum aylıq əmək haqqı 26 avro artaraq təxminən 1328 avroya çatmalıdır.

Statistikaya görə, iyun ayında Fransada yaşayış xərcləri bir neçə səbəbə, o cümlədən enerji, ərzaq və daha az dərəcədə xidmətlərin qiymətlərinin artması səbəbindən xeyli artıb.

Qeyd edikir ki, ola bilsin, inflyasiyanın artımından sonra dövlət əmanət hesabları üzrə faiz dərəcəsi də 1 faizdən 2 faizə yüksəlsin.

M.Arif