Fransanın şimalında bıçaqla silahlanmış naməlum şəxs məktəbə hücum edərək bir nəfəri öldürüb, bir neçə nəfəri yaralayıb.
Qaynarinfo BFMTV-yə istinadla
xəbər verir ki, hadisə Arras şəhərində baş verib. Hücum edən şəxs müəllimi öldürüb, bir neçə nəfəri yaralayıb. Fransanın daxili işlər naziri Jerald Darmanin X sosial şəbəkəsində hücumun qurbanları haqqında təfərrüatları açıqlamadan bildirib ki, hücum edən şəxs polis tərəfindən saxlanılıb.
Telekanalın polisdəki mənbələrinə görə, şübhəli şəxs hücum zamanı "Allahu Əkbər” qışqırıb. Şübhəlinin təxminən 20 yaşında olduğu, ehtimal ki, bu liseyin keçmiş şagirdi olduğu bildirilir.
Məktəbə hücumdan sonra yerli sakinlərdən yaxın gələcəkdə təhsil müəssisəsinin ərazisində olmamaq xahiş edilib.
Yeri gəlmişkən, bir gün əvvəl İsrail hakimiyyəti dünyadakı həmvətənlərini və yəhudilərini HƏMAS-ın oktyabrın 13-də elan etdiyi "qəzəb günü” ilə bağlı xəbərdar edib və ayıq-sayıq olmağa çağırıb.
Alpər