Fransada parlament seçkilərinin ikinci turu keçirilir.
Qaynarinfo bu barədə "Reuters" agentliyinə istınadən xəbər
verir.
Səsvermə yerli vaxtla səhər saat 08.00-da başlayıb və ilkin nəticələr yerli vaxtla saat 20:00-da açıqlanacaq.
Bu seçki Fransanın siyasi imicini dəyişə bilər. Rəy sorğularına görə, hazırkı prezident Emmanuel Makronun partiyası parlamentdə çoxluğa sahib sahib olacaq, lakin onun mütləq çoxluğu qorumaq üçün 289 yerlik baryeri keçəcəyinə zəmanət yoxdur.
Sorğular həmçinin göstərir ki, ifrat sağçılar onilliklər ərzində ən böyük parlament uğurunu əldə edəcək, sol-yaşıl ittifaq isə ən böyük müxalifət qrupuna çevrilə bilər.
Makron düşərgəsi mütləq çoxluğu əldə edə bilməsə, Fransada son onilliklərdə ilk dəfə çoxpartiyalı hakimiyyət yaranacaq. Bu isə hakimiyyət böhranına və növbədənkənar parlament seçkilərinə səbəb ola bilər.
M.Arif
Şərhlər