Xəbər lenti

Fransada prezident seçkiləri: Makron və Le Pen ikinci turda (YENİLƏNİB)
Dünya18:13 10.04.2022

Fransada prezident seçkiləri: Makron və Le Pen ikinci turda (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransada prezident seçkilərinin birinci turu üzrə seçki məntəqələri saat 20.00-da (Bakı vaxtı ilə 22:00) bağlanıb, səslərin hesablanması başlayıb.
Qaynarinfo xəbər verir ki, saat 17.00-a (Bakı vaxtı ilə 19.00) olan məlumata görə, səsvermədə qeydə alınmış seçicilərin 65%-i iştirak edib.
İlkin məlumata görə, Prezident seçkilərinin ilk turunda Emmanuel Makron 28,5%, Le Pen 24,2% səs toplayıb. Hər iki namizəd prezident seçkilərinin ikinci turunda iştirak edəcək.
10.30
Fransada prezident seçkilərinin birinci turu keçirilir.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Fransada və onun Qərb yarımkürəsindəki departamentlərində 70 minə yaxın seçki məntəqəsi açılıb. Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, seçici siyahılarında 48 milyondan çox seçici qeydə alınıb.
70 minə yaxın seçki məntəqəsi yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 10:00) açılıb, lakin məntəqələ müxtəlif vaxtlarda öz işini başa çatdıracaq. Əksər yaşayış məntəqələrində onlar seçiciləri saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) bağlanacaq, böyük şəhərlərdə, saat 20:00-a qədər (Bakı vaxtı ilə saat 22:00) qəbul edəcəklər.
Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verirlər. Ölkənin 49 milyondan çox vətəndaşının səsvermə hüququ var.
Səsvermə bülletenlərində adları olan namizədlər bunlardır: Fəhlə Mübarizə Partiyasından Natali Arto, sağçı "Qalx ayağa Fransa” Partiyasının lideri Nikola Düpon-Enyan, Fransa Yaşıllar Partiyasının namizədi Yannik Jado, Paris meri və sosialistlərin namizədi Anna İdalqo, "Müqavimət” Partiyasının deputatı Jan Lassal, ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen, "İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı Emmanuel Makron, ifrat solçu "Sarsılmaz Fransa” Partiyasının lideri Jan-Lyuk Melenşon və digərləri.
Seçkilərdə əsas rəqabətin ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Penlə "İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı, prezidentliyə ikinci dəfə namizəd olmuş Emmanuel Makron arasında gedəcəyi proqnozlaşdırılır.