Xəbər lenti

Fransada siyasi qalmaqal: DİN şefi Olimpiadadan sonra istefa verəcək
Dünya13:48 15.01.2024

Fransada siyasi qalmaqal: DİN şefi Olimpiadadan sonra istefa verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransanın daxili işlər naziri Cerald Darmanin 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarından sonra istefa vermək niyyətində olduğunu bildirib. 
Qaynarinfo bu barədə BFMTV-yə istinadən xəbər verir.
Nazir həmçinin Fransa Nazirlər Kabinetində dəyişikliklərin prezident Emmanuel Makronun partiyasını iyunda keçiriləcək Avropa Parlamenti seçkilərinə hazırlamaq məqsədi ilə edildiyi barədə fikir bildirib. Onun fikrincə, yeni hökumət "uzun ömür sürməyəcək".
Ötən həftə Fransada yeni hökumət elan edilib. Darmaninin yeni hökumətdə baş nazir postunu tutacağını gözlənilsə də, bu baş verməyib. O, 2020-ci ilin iyun ayından daxili işlər naziri vəzifəsində çalışır. 
Paris Olimpiadası 2024-cü il iyulun 26-dan avqustun 11-dək, Paralimpiya oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.
Aydın