Fransanı paytaxtı Paris yaxınlığında yerləşən yaşayış binasında baş verən yanğında 22 nəfər xəsarət alıb.
Qaynarinfo France 24-ə istinadən xəbər verir ki, yaralananlardan 10-u polis işçisidir. Xəsarət alan 5 uşağın vəziyyəti ağırdır. 100 yanğınsöndürənin əraziyə cəlb olunduğu yanğının səbəbi hələlik qeyri-müəyyəndir.
Daxili işlər naziri Jerard Kollomb yanğının nəzarət altına alındığını açıqlayıb.
Gülşən